Ölməyə Halstatt yaxşı
Avstriyanın Yuxarı Avstriya federal torpağında yerləşən Hallstatt dünyanın on ən görməli kəndlər siyasına daxildir. Uca dağlar əhatəsində yerləşən bu bölgə UNESCO tərəfindən mədəni irs kimi qorunur.
Bu şəhərin gözəlliyi hər şeyin dublikatını çıxarmaqda ad qazanan çinliləri o qədər valeh edibmiş ki,
onlar öz vətənlərində Quandun vilayətində “kitayski” Hallstatt inşa ediblər.
İki küçədən ibarət olan şəhərin mərkəzində, Marktplatz meydanında, yerləşən mağazalardan
yayılan sabun etirləri çoxsaylı turistləri cəlb etir. Mağazaya daxil olarkən məlum olur ki, burada
satılan suvenirlərin əksəriyyəti elə adi sabundan istehsal edilib.
Nə qədər gözəl sözlər yazsam da, Hallstatt`ın gözəlliyini çatdıra bilmərəm. Belə gözəl yerləri
görəndə insanda bir istək yaranır ki, elə ölüb qalasan buralarda, amma...Əmması isə ondan
ibarətdir ki, bir tərəfdən qayalar, digər tərəfdən isə göl ilə əhatə olunan cəmi 943 nəfər əhalisi və 65
kv metr ərazisi olan Hallstatt`n genişlənmə imkanları yoxdur. Və bu səbəbdən də hər on ildən bir
şəhər qəbirstanlığındakı qəbirlər yenilənir. Köhnə qəbirlər yenidən qazılır, yerinə yeni vəfat edənlər
dəfn olunur. Qəbirdən çıxarılmış kəllə isə təmizlənərək və üstünə onu vaxtilə daşıyan insanın adı və
peşəsi yazılaraq ümumi seyrə çıxarılır. Bax elə bu perspektiv məni fikrimdən daşındırdı.
Bakı`dan Hallstatt`a gedib cixasan dönər yeməyəsən? Bu gözəllikdən təzəcə ayrılmışdıq ki, yolun
qırağında yanacdoldurma məntəqəsinin yanında bir köşk gördük. 90-cı illərdə Avstriyaya pənah
gətirən törk qardaşımız necə giribsə bu köskə 20 ildir oradan qırağa çıxa bilmir. Bavariya yolumuzu
səbirsizliklə gözləməsəydi daha bir dönədin də yeri var idi.

Post a Comment