AZAD LİMANDAN ROTHSCHİLD`LƏRƏ QƏDƏR



Fransanın cənubunda yerləşən və əhalisi cəmi 8000 nəfər olan Villefranche-sur- Mer şəhərində
ilk insan məskunlaşması eramızdan çox əvvəl qeydə alınıb. Qall və Liquriya tayfaları burada
əkinçilik və heyvandarlıqla məşğul olublar. Daha sonra yunanlar və sonra Romalılar Qərbi
Aralıq sahillərinə səyahət edərkən bu sakit limanı dayanacaq kimi istifadə edirdilər. Yuli Sezar
Qalliyanı işğal etdikdən sonra bu yerlərdən Via Aurelia adlanan yol çəkirlər. Roma
imperiyasının süqutundan sonra isə bu torpaqlar müxtəlif ölkələrin tabeliyində olur.
1925-ci ildə Hersoq Anjou dəniz quldurlarının qəfil hücumlarından öz torpaqlarını qorumaq
məqsədilə yerli əhalini məcburən dənizin lap sahilində yerləşdirir. Məhs bu vaxt onun fərmanı
ilə “azad liman” statusu daşıyan Villifranche yaradılır və ona müəyyən imtiyazlar verilir.


Kiçik ölçülərinə rəğməm bugünkü Villefranche Cote d'Azur`un olduqca səs-küylü və işgüzar
şəhəridir. Lakin burada coxlu sayda turistləri və istirahət edənləri cəlb edəcək kifayət qədər
maraqlı yerlər də var. Ilk növbədə bu dəniz sahilindən yüksələn təpələrdə inşa edilmiş Köhnə
Şəhərdir – daşlardan düzülmüş və avtonəqliyyat üçün qadağa olunmuş kəskin enişli və yoxuşlu
labirint küçələr. Köhnə şəhərin mərkəzində XVIII-ci əsrin ortalarında italyan barokkosu


üslubunda inşa edilmiş Saint Michel kilsəsi yerləşir. Kilsədə unikal sənət əsərləri var, 1790-cı
ildə quraşdırılmış və indiyə qədər işlək vəziyyətdə olan orqan isə Fransanın cənubunda ən
Mülayim iqlim, təmiz qumlu çimərliklər, Köhnə Şəhərin əzəmətliyi Villefranche-sur- Mer`i Cote
d'Azur`un ən məşhur kurortları ilə bir sıraya yüksəldir.


Çox güman ki, sadaladığım səbəblər Beatrice Rothschild`ə gələcək yaşayış yeri seçimində əsas
götürülüb. Və hal hazırda bu yerlərə gələn turistlər ilk növbədə bu villaya – Rothschild`lərin
ziyarət üçün yeganə açıq olduğu evlərinə qonaq gəlirlər. Yiyəsinin fikri ilə gəmiyə bənzədilən
Ephrussi de Rothschild villasının iki göyərtəsindən iki dəfnəyə mənzərə açılır – Bolye və


Vilfranşa. Beatrice bu villanı eyni adlı gəmidə səyahətinin şərəfinə “Ile de France” (fransız
adası) adlandırıb. Cote D`Azur və Avropanın digər prestij yerlərində saysız hesabsız daşınmaz
əmlak sahibi olan bu xanım Vilfranş`da ər tərəfdən qohumlarına aid olan “Kerilos” villasını
görəndən sonra burada məskən salmaq fikrinə gəlib.
Beatrice həsəd aparıcı bir həyat sürüb. Dünyanın ən güclü sülalələrindən birinin banisinin nəvəsi,
böyük varidat sahibi olan xanım bütün həyatını səyahətə və incəsənət kolleksiyalarının
toplamasına həsr etmişdi. 19 yaşında ailə həyatı quran Beatrice ailənin sülalə nikahı ənənəsini
pozan yeganə üzv olur. Məlumdur ki, Rothschild`lər öz yaxın qohumları ilə evlənməyə üstünlük


verirdilər və bununla da nəslin sərvətinin artırılmasını təmin edirdilər və qırağa çıxmasının
qarşısını alırdılar. Beatrice isə bütün bu qaydaları pozaraq atasının biznes tərəfdaşı olan odessalı
bankir və neft sənayeçisi Maurice Ephrussi ilə ailə həyatı qurur. Cütlüyün ümumi maraqlarından
biri kolleksiya toplamaq idi. Məsələn, Faberge yumurtalarından biri 1902-ci ildə məs bu ailə
tərəfindən Beatrice`in kiçik qardaşına nişan hədiyyəsi kimi sifariş edilmişdir. Uzun illər bu
yumurta Rothschild`lərin sayı və qiyməti məlum olmayan varidatlarının arasında idi. Məlumdur



ki, sülalənin qurucusu olan Mayer Amschel Rohtschild`in vəsiyyətinə əsasən heçkim, heçvaxt və
heç bir halda ailənin varidatı haqda məlumat yaya bilməz və mülkün inventarizasiyasını apara
bilməz. Elə bu səbəbdən də 2007-ci ildə Beatrice`in sevdiyi çəhrayı rəngdə olan bu yumurtanın
hərraca çıxarılması əməlli başlı səs küy yaratmışdı. Yumurtanın xoşbəxt yiyəsi isə buna görə
18,5 mln ABŞ dollarından keçməyə hazır olan rusiyalı Aleksandr İvanov olmuşdur. Kim bilir,
baronessanın kolleksiyasında hələ nə qədər belə qiymətli əşyalar var? Ekskursiya zamanı o da
məlum oldu ki, Beatrice`nin kolleksiyasının əksər hissəsi elə bu villada saxlanılır.



1905-ildən 1912-ci ilə dək aparılan tikinti işlərinə Beatrice tərəfindən elan olunmuş müsabiqənin
qalibi Oberton başçılıq edirdi. Çəhrayı rəngli, çox gözəl oyma fasadlı villa italyan palazzosu
üslubunda inşa edilib. Beatrice 7 ha ərazini öz qonşusu Belçika kralı II-ci Leopold`dan alıb.
Vilfranş`ın bir hissəsi olan Saint-Jean- Cap-Ferrat artıq o vaxtlardan elə dünyanın ən zəngin
insanların yay tətilləri üçün nüfuzlu bir məkana çevrilmişdir. Təbiət gözəlliyi və sakitlik bir neçə
avronuzdan vidalaşıb bura gəlməyinizə dəyər. Bu villa Beatrice`nin vəsiətinə əsasən
Rothcshild`lərin ziyarət üçün açıq olan yeganə mülkləridir.



Villaya daxil olan kimi belə təssürat yaranır ki, evin xanımı harasa çıxıb və bu dəqiqələrdə
qayıdacaq. Yataq otağında Beatrice`nin gözəl kostyumları, parkda Mosart və Vivaldi`nin
musiqisi altında fəvvarələrin rəqsi, yemək otağında bəzədilmiş masa, çay salonunda təklif olunan
yüngül qəlyanaltılar, desertlər və içkilər.... Özünü lap Rothschild`lərin qonağı hiss edirsən.
Çox gözəl təşkil olunmuş ekskursiya villanın yiyəsi və onun yaşam tərzi haqda tam təəssürat
yaradır. Beatrice`nin qəribə xarici görünüşü var idi – kifayət qədər gözəl qadın anadan gəlmə
tamamilə ağ rəngdə olan saçları ilə. Villa XVIII-ci əsrin çini qabları ilə doludur. Villanın birinci
mərtəbəsi hamı üçün açıqdır, kolleksiyanın bir hissəsi nümayiş olunan ikinci mərtəbəyə isə
yalnız ekskursiya ilə qalxmaq olar. Hə, yaxsı yadıma düşdü, villada pulsuz wi-fi var, girən kimi
check-in etmək yadınızdan çıxmasın. Yoxsa di gəl sonra ha camaata sübut et ki, burada olmusan.
Villaya girərkən qaxil olursunuz patioya – damı şüşədən olan daxili həyət. Bütün
appartamentlərin qapıları buraya açılır. Appartamentlərin hamısı ayrıca qeyd edilməyə layiqdir,
mənim ən çox bəyəndiyim isə autentik mebellərdən, xalça və qobelenlər ibarət olan 15-cı
Ludoviq və 16-cı Ludoviq salonları, farfor salonu və Beatrice`in yataq otağı oldu. Ehh, söz
kasatlığım imkan vermir bu villanın gözəlliyinin və onun yiyəsinin nə cür zövqə sahib
olduğunun heç olmasa on faizini çatdırım.



Ekskursiyanı bitirdikdən sonra isə çay otağında oturub desertlərlə çay içib və hər qapı açılanda
boylanıb gələnin kim olduğuna baxırsan....Növbəti qonağın da Beatrice olmadığını görüb “yar
yaman aldatdı məni” mahnısını zümzümə edərək çay otağını tərk edib villanın cəmi doqquzca
hissədən ibarət olan xudmani bağını gəzməyə getdik...


Baxış Sayı: Free Hit Counter



Blogger tarafından desteklenmektedir.